"Rəqəmsal məktəb" platforması istifadəyə verildi


Bu gündən etibarən rəqəmsal məktəb platforması istifadəyə verilib.


AFN.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

"Rəqəmsal Məktəb" platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır.

"Rəqəmsal məktəb" platforması şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir.

Qeyd edək ki, "Rəqəmsal məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər. "Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləyə biləcək.

Platformaya "Sima" və identifikasiya kodu ilə giriş mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu