İdmançıları daşıyan mikroavtobus aşdı: 2 nəfər öldü, 26 nəfər yaralandı

Türkiyənin Dənizli şəhərinin Buldan rayonunda tələbə idmançıları daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.
Sürücünün şəxsiyyəti hələlik məlum olmayan orta məktəb idmançılarını daşıyan mikroavtobus Yenicəkent məhəlləsi yaxınlığındakı tarlada aşıb.
Xəbərdarlıq üzərinə qəza yerinə jandarma, polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.