Avstraliyada 220 uşaq haqsız yerə insan alverçisi kimi həbs edilib

Avstraliya hökuməti bildirib ki, əvvəllər səlahiyyətlilər tərəfindən insan alveri ittihamı ilə həbs olunan indoneziyalı uşaqların sayı iki dəfə artıb.
2023-cü ildə federal məhkəmə 2010-2012-ci illər arasında yanlış olaraq yetkinlik yaşına çatmış kimi təsnif edilən və həbs edilən təxminən 220 İndoneziyalı uşağa 27,5 milyon dollar təzminat təyin edbi. Ancaq yeni rekordlar bu rəqəmin 440-a çatdığını göstərir.
Bu uşaqların yaşını təyin edərkən, federal polis bilək rentgen şüalarından əldə edilən şübhəli elmi etibarlılıq metoduna istinad edib. Ancaq əslində bəzilərinin cəmi 12 yaşı olub və Avstraliya siyasəti görə İndoneziyaya geri göndərilməli idilər. Əvəzində onlar illərlə qaldıqları ciddi rejimli böyüklər üçün həbsxanalara göndəriliblər.
Federal məhkəmə haqsız yerə həbs edilmiş indoneziyalıları müəyyən etmək və təzminatların bölüşdürülməsini təmin etmək üçün prosesə başlayıb. Prosesə rəhbərlik edən vəkil Mark Barrou Avstraliya hökumətinin son dinləmədə yeni qeydlər paylaşdığını və təzminat almaq hüququ olan insanların sayının 440-a yüksəldiyini söyləyib.
Saxta həbslərin əsas səbəblərindən biri Hovard hökuməti tərəfindən tətbiq edilən məcburi minimum cəza qanunları idi. Bu qanunlar insan alverinə görə cinayət məsuliyyətinə cəlb olunanlar üçün minimum beş il həbs cəzası nəzərdə tuturdu. İndoneziyalı yetkinlik yaşına çatmayanların çoxu iş vədi altında insan alverinə cəlb edilib və yetkinlik yaşına çatmış kimi mühakimə olunub.
"Guardian Australia"nın əldə etdiyi sənədlərdə məlum olub ki, uşaqlar dəfələrlə səlahiyyətlilərə yaşlarını deyiblər, lakin rəsmi qeydlərdə onların doğum tarixləri dəyişdirilib. Bu dəyişikliklər yaşların səhv bilək rentgen analizləri ilə uyğunlaşdırılmasını təmin etmək üçün edilib.
Bir neçə indoneziyalının məhkumluğu ayrı-ayrı məhkəmələrdə ləğv edilib və məhkəmə ədalət mühakiməsinin əhəmiyyətli dərəcədə səhv olduğunu etiraf edib. Bu qərarlar yanlış həbs edilmiş digər uşaqlar üçün də ümid verə bilər.