Tramp: Ukraynanın sərvət sövdələşməsi müqabilində NATO-ya qəbulu müzakirə olunmayıb

Ukraynanın mineral ehtiyatlarının işlənməsinə dair razılaşma müqabilində ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması variantı müzakirə olunmayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi Kiyev hakimiyyətinin alyansa qoşulmaq istəyinə görə başlaya bilərdi.
"Mən eşitdim ki, onlar "yalnız NATO-ya üzv olsaq, bu sövdələşməyə gedəcəyik" deyirlər. Yaxud da buna bənzər bir şey. Birincisi, bu, heç vaxt müzakirə olunmayıb. İkincisi, düşünürəm ki, hələ Rusiya prezidenti Vladimir Putindən əvvəl Rusiya Ukraynanın NATO-ya qoşulmayacağını deyib. Bəlkə də müharibənin başlamasına elə bu səbəb olub" - deyə Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında bildirib.