Almaniyanın ifrat sağçı AfD partiyası ilk dəfə sorğuda birinci olub

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə sorğuda birinci yeri tutduğu bildirilir.
"Ipsos" araşdırma şirkəti tərəfindən aparılan sorğuya görə, 23 fevralda keçirilən növbədənkənar ümumi seçkilərdə 20,8 faiz səs toplayan AfD altı həftə ərzində səslərini 4,2 bal artıraraq 25 faizə yüksəldib.
Növbədənkənar ümumi seçkilərdə 28,6 faizlə birinci olan Xristian İttifaqı (CDU/CSU) partiyaları sorğuda 24 faiz ilə ikinci olub. Beləliklə də AfD rəy sorğusunda ilk dəfə birinci yerə çıxmış olub.
CDU/CSU-nun koalisiya hökuməti qurmaq üçün razılaşdığı Sosial Demokrat Partiyasının (SPD) səs payı 15 faizə düşüb. Seçkilərdə 16,4 faiz səs toplayan SPD-nin də səs nisbəti 1,4 bal azalıb.
Ümumi seçkilərdə 11,6 faiz səs alan "Yaşıllar"ın səsi 11 faizə düşərkən, Sol Partiyanın səs nisbəti 2,2 bal artaraq 11 faizə yüksəlib.
AfD həmsədri Alis Veydel sosial media platforması X-də sorğu nəticələrinə istinadən AfD-nin qısa tarixində ilk dəfə Almaniyanın ən güclü siyasi partiyası olduğunu ifadə edib.