Azərbaycan səfirliyinin avtomobili Vilnüsün mərkəzində qəzaya düşüb - FOTOLAR


Vilnüsdə Azərbaycan Respublikasının Səfirliyinin avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan olmayıb.


Bu barədə Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.

***

Litvanın paytaxtı Vilnüsdə ötən gün axşam saatlarında Azərbaycan səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az-ın xəbərinə görə, bu barədə Litvanın "Delfi" nəşri yazıb.

Polisin məlumatına görə, hadisə saat 21:20-də A.Qoştauto küçəsində baş verib, "VW Golf" və "VW Passat" markalı avtomobillər toqquşub.

Qəzanın səbəbkarının diplomatik nömrəli "VW Passat" maşını olduğu müəyyən edilib.

"VW Golf"un sürücüsü bildirib ki, dönmə zamanı "Passat" markalı avtomobil onun maşınına çırpılıb. "Passat" maşınında isə sərxoş olduğu güman edilən dörd nəfər olub.

Şahidlərin sözlərinə görə, onlardan biri maşını idarə etmiş ola bilərdi, lakin sonradan sərnişin oturacağına keçib.

Polis iddia edir ki, mümkün şübhəli sürücüdə 1.4 promil alkoqol qeydə alınıb. O və digər sərnişin diplomatik toxunulmazlığı əsas gətirərək ayıqlıq testindən imtina ediblər.

Həmçinin məlum olub ki, "VW Golf"un sükanı arxasında yetkinlik yaşına çatmayan şəxs olub. Xoşbəxtlikdən azyaşlı xəsarət almayıb.

Hadisənin səbəbləri araşdırılır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu