İran-ABŞ danışıqlarının növbəti raundu Romada keçiriləcək

Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundu Romada keçiriləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Oman bu danışıqlarda yenə vasitəçi olaraq qalacaq. Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Omanın təklifi ilə bağlı dolayı danışıqların növbəti raundu Romada keçiriləcək", - deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.