İran XİN ABŞ-la danışıqların ikinci mərhələsinin Omanda keçiriləcəyini bildirib


İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu aprelin 19-da Maskatda keçiriləcək.


AFN.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

"Məsləhətləşmələrdən sonra qərara alınıb ki, şənbə günü baş tutacaq danışıqların ikinci raundu üçün Muskat ev sahibi olaraq qalsın", - deyə o, IRNA-ya açıqlamasında qeyd edib.

Bundan əvvəl Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bildirmişdi ki, ABŞ və İran İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün danışıqların növbəti mərhələsini Romada keçirəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu