İran: ABŞ ilə dolayı danışıqlar aprelin 12-də Omanda keçiriləcək


İranın xarici işlər naziri Abbas Erakçi İran və ABŞ arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.



Erakçi X sosial media hesabından paylaşdığı mesajda "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlar üçün görüşəcək. Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydanındadır" deyib.

2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən Tehranda keçirdiyi mətbuat konfransında Vaşinqtonun təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı qərarını gözlədiklərini bildirib. Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu demişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu