İran hesab edir ki, ən qısa zamanda ABŞ-la yaxşı anlaşma əldə etmək mümkündür

İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda İslam Respublikasının öz milli maraqlarını müdafiə etməsi vacibdir, lakin yaxın gələcəkdə Tehranın xeyrinə sövdələşmə mümkündür.
AFN.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimeh Mohacerani bildirib. "Biz tələsmirik, lakin təxribat da etmirik. İnanırıq ki, qısa müddətdə ABŞ-la İranın milli maraqlarını nəzərə alan yaxşı razılaşma əldə etmək olar", - deyə o, qeyd edib.
Fatimeh Mohaceraninin sözlərinə görə, Tehran hesab edir ki, indiyədək Oman və Romada İranın nüvə proqramı ətrafında böhranın həlli üçün ABŞ-la danışıqların bütün raundları yaxşı və konstruktiv şəkildə keçib.
İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün dolayı danışıqların ikinci raundu aprelin 19-da Romada keçirilib.