Kanalizasiya tullantısı daşıyan qayıqda partlayış: 1 nəfər ölüb


Nyu Yorkdakı Hudson çayında kanalizasiya tullantıları daşıyan bir qayıqda partlayış baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilib.

ABŞ-ın Nyu York şəhərində kanalizasiya tullantısı daşıyan qayıqda partlayış olub. Hudson çayında dayanan “Hunts Point” adlı qayıqda baş verən partlayışda bir nəfər ölüb, digər işçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə dünən yerli vaxtla saat 10:30 radələrində, North River tullantı su təmizləmə sahəsinin yaxınlığında baş verib. Partlayışda üçüncü bir işçinin də yaralandığı, lakin onun müalicəni rədd etdiyi açıqlanıb.

Nyu York şəhər meri Erik Adams açıqlamasında partlayışın səbəbinin müəyyən edilməsi üçün araşdırma başladıldığını və hadisədə qəsdən cinayət törədilməsi ehtimalının olmadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu