Kanar adalarında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 9 nəfər ölüb

İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupuna aid El Hierro sahillərində dünən batmış qeyri-qanuni mühacirləri daşıyan qayıqda olan 27 nəfərin xilas edildiyi, 9 cəsədin tapıldığı, təxminən 50 nəfərin isə itkin düşdüyü bildirilib.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin Fövqəladə Yardım Agentliyinin mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, dünən axşam saatlarında El Hierronun Las Playas sahili açıqlarında nizamsız immiqrantları daşıyan qayığın batdığı açıqlanıb.
Bölgəyə gedən İspaniya Sahil Mühafizəsi qruplarının 27 nəfəri xilas etdiyi, 9 nəfərin isə cəsədini tapdığı qeyd edilib.
Hadisə şahidlərinin ifadələrinə görə, qayıqda olduğu bildirilən 50-yə yaxın qeyri-qanuni immiqrantın itkin düşdüyü və axtarış işlərinin davam etdiyi bildirilib.
Səlahiyyətlilər xilas edilən 27 qeyri-qanuni immiqrantdan 2-nin helikopterlə xəstəxanaya aparıldığını açıqlayıb.
Mənbə: AA