MAQATE rəhbəri Rusiya və Ukraynaya səfər edəcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi nüvə təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün gələn həftə Rusiya və Ukraynaya səfər edəcək.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Qrossi münaqişə zamanı nüvə təhlükəsizliyini təmin etmək üçün hər iki tərəflə müntəzəm təmasları çərçivəsində gələn həftə Kiyevə və Rusiyaya səfər edəcək.



Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi ötən gün açıqlama verərək yaxın günlərdə Ukraynaya və Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu