Gəncədə 2 yaşlı uşaq xəstəxanada dünyasını dəyişdi

Gəncədə azyaşlı xəstəxanada ölüb.
AFN.az-ın xəbərinə görə, hadisə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayonundan gətirilən 2 yaşlı oğlan uşağının xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.