Tramp və Mask arasında gərginlikdən sonra telefon danışığı planlaşdırılır


ABŞ prezidenti Donald Tramp ilə Tesla və SpaceX-in sahibi, amerikalı iş insanı İlon Mask arasında qarşılıqlı ittihamlardan sonra telefon danışığı həyata keçirilə biləcəyi bildirilir.



Amerikan "Politico" jurnalı Trampdan Mask ilə yaşanan mübahisəyə dair qısa bir şərh alıb.



Danışıq zamanı Mask ilə yaşanan gərginlik barədə sual verildikdə Tramp “Heç bir problem yoxdur.” deyə cavab verib:
“Hər şey çox yaxşı gedir, heç vaxt bu qədər yaxşı olmamışdı. Rəqəmlər zirvədədir, indiyədək aldığım ən yüksək sorğu nəticələridir və bunu davam etdirməliyəm”.



"Politico"nun xəbərində bildirilir ki, Ağ Ev məsləhətçiləri gərginliyin artmasının qarşısını almaq üçün Trampı inandırmağa çalışıb, nəticədə prezidentlə Mask arasında sülh yaratmaq məqsədilə telefon danışığı planlaşdırılır.



Digər tərəfdən, Trampın dəstəkçilərindən olan milyarder Bil Akman sosial media platforması X hesabından paylaşaraq, “Tramp və Maskı dəstəkləyirəm və onlar ölkəmizin xeyri üçün barışmalıdırlar.” deyib.



Mask isə bu paylaşıma “Haqlısan” cavabını verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu