Qaz sektorunda tarifləri başqa qurum tənzimləyəcək: 2028-ci ildən


Qaz sektorunda tariflərin müəyyənləşdirilməsini tənzimləyici qurum həyata keçirəcək.

Bu barədə Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Tənzimləyici tərəfindən qiymətlərin müəyyənləşdirilməsi 2028-ci ildən - “Tənzimləyici haqqında” Qanun qüvvəyə mindikdən sonra müəyyənləşəcək. Hazırda tarifi Tarif Şurası müəyyən edir”, - deyə şöbə müdiri bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu