İspaniya ilə İsrail arasında diplomatik böhran

İspaniyanın Avropa İttifaqından (Aİ) "İsrail ilə olan tərəfdaşlıq sazişini dayandırması" tələbi iki ölkə arasında diplomatik böhrana səbəb olub.
Aİ Şurasının Brüsseldə keçirilən iclasında İspaniya Baş naziri Pedro Sançesin üzv ölkələrin liderlərindən Aİ–İsrail Tərəfdaşlıq Sazişinin dayandırılmasını tələb etməsindən sonra, İsrailin Madriddəki səfirliyi yazılı açıqlama verərək, bu çağırışın əxlaqi baxımdan müdafiəolunmaz olduğunu bildirib.
İsrail səfirliyi İspaniyanın bu mövqeyinə görə onun tarixin yanlış tərəfində yer alacağını bildirərək, “İspaniya hökumətinin tutduğu mövqe İspaniyanı Orta Şərqə dair Avropa mövqeyinin ən radikal və getdikcə daha da təcrid olunmuş tərəfinə yerləşdirir” iddiasını irəli sürüb.
Bu açıqlamaya qısa müddət ərzində cavab verən İspaniya Xarici İşlər Nazirliyi İspaniya hökuməti ilə bağlı qəbuledilməz açıqlamaya görə İsrailin Madriddəki səfirliyinin işlər vəkili Dan Porazı Xarici İşlər Nazirliyinə çağırıb.