BDU tələbələri Kiber Yay Məktəbi 2025-də iştirak edir


BDU tələbələri "Kiber Yay Məktəbi 2025"də iştirak edirlər



Bakı Dövlət Universitetinin (BDU) tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Bilgəh" istirahət mərkəzində 21-26 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Kiber Yay Məktəbi 2025"də iştirak edirlər. Tədbirdə BDU-nu müəllim-mentor qismində Natiq Quliyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Rəsul Rəsulzadə, Almaz İsrafilova və Nübar Məhərrəmova təmsil edir.



Yay məktəbi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılmasına yönələn, beynəlxalq təcrübə mübadiləsini təşviq edən unikal bir platformadır. Builki tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Qətərdən olan tələbələr də iştirak edirlər.



Proqram çərçivəsində tələbələr kibertəhlükəsizlik üzrə praktiki təlimlərə, "Red Team" və "Blue Team" formatında laborator məşğələlərə, müxtəlif ekspertlərlə "meet-up" sessiyalarına, o cümlədən "CrowdStrike", "Cisco" kimi beynəlxalq vendorların təqdimatlarına qatılırlar.



BDU tələbələrinin bu tədbirdə iştirakı onların nəzəri biliklərini real ssenarilər üzərində tətbiq etməsinə, yeni texnologiyalarla tanış olmasına, yerli və beynəlxalq şəbəkələşməni gücləndirmələrinə imkan verir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu