Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb
Avqustun 31-də Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb, ən azı 3394 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Həmdullah Fitrət X hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6782 ev dağılıb. Fitrət əlavə edib ki, axtarış-xilasetmə işləri davam edir və dağıntılar altından çıxarılan insanlar təyyarələrlə ən yaxın xəstəxanalara çatdırılır: “Bütün dövlət qurumları yerli əhali ilə əməkdaşlıq edərək, zərərçəkənlərə yardım göstərmək üçün bütün səylərini əsirgəmir”.
Xatırladaq ki, bundan əvvəl Əfqanıstan hakimiyyəti 1411 nəfərin həlak olması və 3124 nəfərin yaralanması barədə məlumat yaymışdı.



