Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb


Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb.


Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Herat əyalətinin təbii fəlakətlərin idarə edilməsi idarəsinin direktoru Mövlavi Aşarinin sözlərinə görə, Herat rayonunda 13 kənd tamamilə dağılıb və zəlzələdən ən çox zərəri məhz həmin ərazi çəkib.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu