Velosipeddən yıxılan 8 yaşlı uşaq öldü


Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib.

Məlumata görə, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.

İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu