Venesuelada 6,2 bal gücündə zəlzələ baş verib


ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri ölkənin şimal-qərbində, Zuliya əyalətinin Mene Qrande qəsəbəsi olub.

Yer səthindən təxminən 7,8 kilometr dərinlikdə qeydə alınan təkanlar Venesuelanın böyük hissəsində, eləcə də Kolumbiyanın sərhəd bölgələrində hiss edilib.

Hazırda insan tələfatı və ya dağıntılar barədə məlumat açıqlanmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu