Nadir köpək balığı sahilə çıxdı, üç dəqiqə ərzində file edildi
Perunun Piura bölgəsindəki Talara şəhərində dünyanın ən nadir köpək balığı növlərindən biri olan Tiburon Megaboca sahilə çıxıb. Negritos sahilində tapılan nəhəng köpək balığı ətrafdakı sakinlər tərəfindən file edilib və evlərə daşınıb.
Rəsmi müdaxilə baş vermədiyi üçün çox sayda insan heyvanın ətini götürmək üçün sürətlə hadisə yerinə yollanıb.
Hadisəni çəkən fotoqraf Moises Prieto Alvarez ətraf mühitə diqqətsizliyi və rəsmi qurumların müdaxilədə gecikməsini sərt tənqid edib.
Sosial media hesabında açıqlama verən fotoqraf bildirib ki, bu hadisə ətraf mühit təhsili çatışmazlığını və elm üçün bu qədər vacib bir kəşf qarşısında protokolun olmamasını göstərir.
Mütəxəssislərin fikrinə görə, Tiburon Meqaboca dünyada çox nadir görülən və qorunan bir növdür.
Məlumatlara əsasən, 1976-cı ildə kəşfindən bəri dünya üzrə 300-dən az müşahidə qeydə alınıb.
Buna baxmayaraq, sahildəki sakinlərin heyvanı ehtiyatsız şəkildə file etməsi böyük etirazlara səbəb olub.
Imarpe sahilə çıxan dəniz canlılarına yaxınlaşılmaması, toxunulmaması və sağlamlıq riski səbəbilə ətinin istehlak edilməməsi barədə xəbərdarlıq edib.
Meqaboca köpək balığının qorunma statusu və hadisədən sonra bölgədə ətraf mühit şüurunun artırılması geniş müzakirə mövzusuna çevrilib.
Peru ictimaiyyətində sahilə çıxmış nadir növlərlə bağlı təcili müdaxilə protokollarının gücləndirilməsi çağırışları səsləndirilir.



