Avstraliyada köpək balığı gənc qadını öldürdü


Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatındakı Kylies sahilində baş verən köpək balığı hücumu nəticəsində 20 yaşlarında olan bir qadın ölüb. Yanında olan kişi isə ağır yaralanıb və helikopterlə xəstəxanaya aparılıb. Rəsmilərin açıqlamasına görə, hücumun böyük bir buğa köpək balığı tərəfindən edildiyi ehtimal olunur.

Hadisə cümə axşamı səhər saat 06:30 radələrində baş verib. Hadisənin şahidləri yaralı şəxsə dərhal müdaxilə ediblər.

NSW Təcili Tibbi Yardım rəsmisi Coşua Smit bu müdaxilənin kişinin həyatını xilas edə biləcəyini bildirib. Yaralı daha sonra Con Hanter xəstəxanasına çatdırılıb və vəziyyətinin ciddi, lakin stabil olduğu açıqlanıb.

Hücumdan sonra rəsmilər bölgəyə ağıllı tutma xətləri (smart drumlines) yerləşdiriblər. Bu sistemlər köpəkbalıqlarını öldürmədən işarələməyi və onların hərəkətlərini izləməyi hədəfləyir. Ərazidəki çimərliklər ən az 24 saatlıq müddətə bağlanıb. Saatlarla dron vasitəsilə müşahidələr aparılacağı bildirilib.

Bu ölüm ölkədə bu il yaşanan beşinci köpək balığı mənşəli ölüm hadisəsi olub. Sentyabrda Sidney yaxınlığındakı Lonq Rif sahilində bir nəfər 3,5 metrlik böyük ağ köpək balığının hücumu nəticəsində ölüb.

Alimlərin fikrincə köpək balığı hücumlarının artmasında aşağıdakı amillər rol oynayır:

Sahilyanı ərazilərdə əhalinin çoxalması

İqlim dəyişikliyi və mövsüm dəyişiklikləri

Su idmanlarının geniş yayılması

Ovlanma bölgələrinin daralması

Mütəxəssislər bildirirlər ki, ölüm halları uzunmüddətli perspektivdə təcili tibbi yardım və ilkin müdaxilə xidmətlərinin sürətlənməsi sayəsində azalsa da, hücumların sayı son 20 ildə artıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu