Anasının həkim səhvinin qurbanı olduğunu iddia edir - VİDEO
46 yaşlı qadın gözünün üstündəki şişə görə beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra vəziyyəti ağırlaşıb.
Onun oğlu iddia edir ki, anası həkim səhvinin qurbanı olub.
Rövşən Hacıyev bildirib ki, anasının əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişi əsasında aparılıb. Əməliyyatı həkim Nazim Verdiyev icra edib.
İddiaçının sözlərinə görə, həkim əvvəlcə səhvi qəbul edib və xəstənin bütün xərclərini qarşılayacağını deyib, lakin sonradan bundan boyun qaçırıb. Daha sonra məlum olub ki, əməliyyatı həyata keçirən həkim 7 ay əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasından təqaüdə çıxıb.
İddialarda adı keçən həkim Nazim Verdiyevlə əlaqə saxlamağa cəhd edilsə də, zənglər cavabsız qalıb. TƏBİB-dən bildirilib ki, vətəndaşın şikayəti qeydiyyata alınıb və araşdırma aparılır. Hər hansı səhlənkarlıq, məsuliyyətsiz yanaşma və ya etik pozuntu aşkarlanarsa, qanunvericiliyə uyğun tədbir görüləcək.
Ətraflı Xezerxeber.az-ın videomaterialında.





