Salyanda məktəbdə 20 şagird tüstüdən zəhərləndi


Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

AFN APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

Bildirilib ki, 20 şagird məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu