Şagird məktəbdə həmyaşıdını bıçaqladı


Goranboyda məktəbdə bıçaqlanma hadisəsi baş verib.


“Qafqazinfo” xəbər verir ki, rayonun Səfikürd kəndindəki orta məktəbdə 17 yaşlı R.M. həmyaşıdı A.H.-və bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. H-in ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. M.-in törətməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən R.M. 11-ci sinif şagirdidir. A.H. isə orta məktəbi bu il bitirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu