Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı


Xaçmaz rayonunda bıçaqlanma olub.


Rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov saytımıza bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu