Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur


Türkiyədə saxlanılan Azərbaycanın sabiq deputatı Gültəkin Hacıbəyli deportasiya olunacaq.

AFN.az-ın xəbərinə görə, bu haqda o özü sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.

G. Hacıbəyli isə bu qərarla razılaşmadığınıməhkəməyə müraciət edəcəyini deyib.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu