Avstraliyada meşə yanğınları davam edir


Avstraliyanın Viktoriya ştatında davam edən meşə yanğınlarından təsirlənən 1100 nəfərdən bölgəni tərk etmələri xahiş edilib.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, ştat hakimiyyəti Otveys bölgəsində davam edən yanğınlarla bağlı bir sıra tədbirlər görüb.

Buna əsasən, ştatdakı meşə yanğınları səbəbindən Gellibrand, Kavarren, Beech Forest, Forrest, Barongarook qəsəbələri və Böyük Otway Milli Parkı ətrafında yaşayanlar da daxil olmaqla 1100 nəfərdən bölgəni tərk etmələri tələb olunub.

Rəsmi şəxslər alovların ştatın cənub bölgələri ilə Lorne, Aireys Inlet və Anglesea kimi şərq sahil qəsəbələrinə də təsir edə biləcəyini xəbərdar ediblər.

Yanğının nəzarət xətlərini aşma riskinin çox yüksək olduğuna diqqət çəkən hakimiyyət nümayəndələri indiyədək təxminən 94 min hektar ərazinin yanğınlardan təsirləndiyini açıqlayıblar.

Rəsmi şəxslər həmçinin yanğının hələ də böyüməkdə olduğunu bildiriblər.

Avstraliya Meteorologiya Bürosu daha əvvəl ştatın bəzi bölgələrində 2009-cu ildən bəri ən uzun müddətli isti hava dalğasının təsir göstərə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Hakimiyyət nümayəndələri Viktoriya ştatının Mildura, Hopetoun və Walpeup bölgələrində hava temperaturunun 48°C, Horshamda 47°C, Hamiltonda isə 46°C-ə çatacağı gözlənildiyini açıqlayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu