Tahir Budaqov yenidən icra başçısı təyin edildi
Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin eks-icra başçısı Elxan İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad edilib. 43 yaşlı E.İbrahimov işində yol verdiyi nöqsanlarla əlaqədar qısa müddət sonra - heç 2 ay olmamış işdən çıxarılması.
Qeyd edək ki, T.Budaqov 2009-2015-ci illərdə Nizami rayon icra başçısı vəzifəsində çalışıb. O, 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində işləyib.
