Fərqlənənlər arasında S.Bəhlulzadə adına XDTG-nin 6 şagirdi var - FOTOLAR


Xəbər verildiyi kimi, respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AFN.az-ın məlumatına görə, fərqlənənlər arasında Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 6 şagirdi də var. Belə ki, gimnaziyanın 2 nəfər şagirdi qızıl medal qazanıb. Əlizadə Zeynəb riyaziyyat fənni üzrə, Quluzadə Yusif isə informatika fənni üzrə yaşıdlarından fərqlənib.

Bundan əlavə Kazakova Duyğu təbiət üzrə, Quliyev Hüseyn informatika üzrə gümüş yer uğrunda mübarizədən qalib çıxıblar. Əliyev Fariz riyaziyyatdan, Nəzərəliyev Zahid isə məntiqdən bürünc medal qazanıblar.

Respublika Fənn Müsabiqələrində riyaziyyat fənni üzrə qızıl medal qazanan 8b sinif şagirdi Əlizadə Zeynəb üçüncü dəfədir ki, fərqlənir. Belə ki, Ə.Zeynəb bundan əvvəl Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının qızıl medalçısı, 2024-cü ildə isə RFM-in gümüş medalçısı olub.

Qalib gələn bütün şagirdləri təbrik edirik, onlara daha böyük uğurlar arzulayırıq!







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu