Dəm qazından zəhərlənmə: baba öldü, nəvələr xəstəxanalıq oldu



Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dəm qazından boğularaq həyatını itirib.

Onun nəvələri - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu