Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı



Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis müavini təyin edilib.

AFN-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu