Yevlaxdakı partlayışda yaralanan kafe sahibi öldü


Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxsin kafenin 1969-cu il təvəllüdlü sahibi, Yevlax sakini Ruslan Şirin oğlu Sadıqov olduğu müəyyənləşib.

Yaralı xəstəxanada göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Bildirilib ki, partlayışa ümumi sahəsi 230 m² olan obyektin daxilində mövcud olan maye-qaz balonunun partlaması səbəb olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu