Neftçalada partlayışda yaralanan ikinci qardaş da vəfat etdi


Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da ölüb.



APA-nın məlumatına görə, ötən gün Neftçala rayonunun Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda ağır xəsarət alan 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.



Qeyd edək ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində yanaraq ölmüşdü. Onun qardaşı Babək Əzizov isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.



Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu