Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama
Sosial şəbəkələrdə bəzi şəxslərə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1000 manat veriləcəyi barədə yayılan videoməlumatlara rəsmi münasibət bildirilib.
AFN.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu xəbərdarlıq yayıb. Fondun açıqlamasında deyilir:
“Sosial şəbəkədə guya '1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi' barədə paylaşılan videoməlumat yalandır. Məlumatda rəsmi siyahı və s. ilə tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər".
DSMF vətəndaşları ayıq-sayıq olmağa çağırıb: "Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”.



