Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
Bu gün "Bakıvaxtı.az" xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.
Sayt 2021-ci il martın 5-də fəaliyyətə başlayıb.
Portal ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.
Bakıvaxtı.az dəfələrlə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.
AFN.az saytının kollektivi olaraq "Bakıvaxtı.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!





