Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirildi



15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qurumun açıqlamasında qeyd olunur ki, imtahanın vaxtının dəyişdirilməsi ilə əlaqədar şagirdlər bəzi məqamlara diqqət yetirməlidirlər.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər", - deyə məlumatda vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu