Dəm qazından zəhərlənən 27 yaşlı qız öldü


Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə martın 12-si saat 16 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Esmira Gülləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E.Məmmədova martın 13-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu