İndoneziyada Semeru vulkanı 6 dəfə püskürüb


İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında gün ərzində azı altı püskürmə qeydə alınıb.

AFN.az ölkənin Vulkanologiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, vulkan külü dəniz səviyyəsindən 4 576 metr yüksəkliyə qədər qalxıb.

Kül buludları şimal və şimal-şərq istiqamətində yayılır. Mütəxəssislər yerli sakinlərə vulkanın kraterinə 5 kilometrdən çox yaxınlaşmamağı tövsiyə ediblər, çünki əraziyə qızmar daşların tökülməsi riski var.

Semeru vulkanı 3 676 metr hündürlüklə Yava adasının ən yüksək zirvəsidir. Ümumilikdə İndoneziyada 130-a yaxın aktiv vulkan yerləşir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu