Almaniyada gecə klubunda baş verən yanğında üç nəfər xəsarət alıb
Almaniyanın cənub-qərbindəki Kel şəhərində (Baden-Vürtemberq federal torpağı) gecə saatlarında rəqs klubunda baş verən yanğında üç nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Bildirilir ki, yanğın başlayan zaman klubda 750-yə yaxın insan olub.
Polisdən verilən məlumata görə, saat 03:45 radələrində başlayan yanğın bütün binanı bürüyüb. Yanğının səbəbi hələlik məlum deyil, insanlar binanı vaxtında tərk edə biliblər.



