Netanyahu ilə Livan Prezidenti arasında görüşün keçiriləcəyi təsdiqlənib
İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel Baş nazir Benyamin Netanyahu ilə Livan Prezidenti Cozef Avn arasında görüşün baş tutacağını bildirib.
AFN.az xəbər verir ki, İsrail ordu radiosuna danışan Qamliel Netanyahu ilə Avn arasındakı mümkün görüşü rəsmən təsdiqləyib. ABŞ Prezidenti Donald Trampın İsrail və Livan liderlərinin təxminən 34 ildən sonra ilk dəfə dialoq quracağını açıqlamasından sonra israilli nazir Netanyahunun bu gün Avn ilə danışacağını qeyd edib.
Bu diplomatik gedişin uzun illər davam edən birbaşa əlaqə qırıqlığından sonra bölgədə sabitliyin bərpası üçün mühüm addım olacağı gözlənilir. Məlumata görə, görüşdə əsas diqqət sərhəd təhlükəsizliyi və bölgədəki gərginliyin azaldılmasına yönələcək.
İsrail tərəfi bu təması həm də Hizbullahın fəaliyyətinə qarşı siyasi müstəvidə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirir. Digər tərəfdən, Livan mənbələrində bu görüşlə bağlı fərqli məlumatlar dolaşsa da, Ağ Ev və İsrail rəsmiləri dialoqun baş tutacağı barədə qərarlı olduqlarını nümayiş etdirirlər.
