İsrail və Livan 2025-ci ilin sonuna qədər ikinci görüş barədə razılığa gəlib


İsrail və Livan deleqasiyaları 3 dekabrda keçirilən ilk birbaşa danışıqlarda 2025-ci ilin sonuna qədər yeni görüşün təşkili barədə razılığa gəlib.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Növbəti görüşdə məqsəd sərhəd bölgələrində iqtisadi əməkdaşlıq perspektivlərini və mümkün birgə layihələri müzakirə etməkdir ki, bu da qarşılıqlı etimadın bünövrəsini yaratmağa kömək edə bilər. Mənbələr bildirir ki, ABŞ tərəfləri əlaqələri davam etdirməyə təşviq edir və uzunmüddətli məqsəd olaraq İsrail-Livan sərhədində “Trump iqtisadi zonası” yaratmaqdır. Burada “Hizbullah”ın mövcudluğu olmayacaq.

Əvvəlcə İsrailin baş naziri Binyamin Netanyahu görüşün yaxşı keçdiyini və tərəflərin mümkün iqtisadi əməkdaşlığın inkişafı üçün ideyaları formalaşdırmaq barədə razılığa gəldiyini açıqlayıb. LBCI telekanalı isə mənbələrə istinadla bildirib ki, Livan tərəfi də görüşdən razı qalıb. "Axios" qeyd edir ki, bu danışıqlar 1993-cü ildən bəri ilk belə rəsmi birbaşa təmasdır.

İsrail və Livan arasında heç vaxt diplomatik münasibətlər olmayıb. Beyrut 1948-ci ildən etibarən yəhudi dövlətini tanımır. Diplomatik münasibətlərin olmamasına baxmayaraq, tərəflər Vaşinqton vasitəsilə qeyri-rəsmi əlaqə saxlayırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu