Avstraliya müdafiə xərclərini artıracaq



Avstraliyanın Müdafiə naziri Riçard Marles regional münaqişələrin yaratdığı qlobal risklər səbəbindən ölkəsinin müdafiə xərclərini artıracaqlarını bəyan edib.

AFN.az xəbər verir ki, Marles Milli Mətbuat Klubunda etdiyi çıxışda ölkənin yeni Milli Müdafiə Strategiyasını açıqlayıb. Nazir növbəti on il ərzində mövcud hərbi xərclərə əlavə olaraq 38 milyard dollar (53 milyard Avstraliya dolları) büdcə ayrılmasının planlaşdırıldığını bildirib.

Yeni strategiyaya əsasən, müdafiə büdcəsinin ümumi daxili məhsuldakı payı 2033-cü ilə qədər 2,8 faizdən 3 faizə çatdırılacaq. Riçard Marles qlobal təhlükəsizlik mühitinin daha kövrək hala gəldiyini vurğulayaraq, Avstraliyanın İkinci Dünya Müharibəsindən bəri ən mürəkkəb strateji şərtlərlə üz-üzə qaldığını qeyd edib.

Nazir bu addımın ölkə tarixində sülh dövründəki ən böyük müdafiə xərcləri artımı olduğunu ifadə edib. O, həmçinin bu qərarın ölkənin özünü təminetmə qabiliyyətini artırmaq məqsədilə alındığını, lakin müttəfiqlərlə əməkdaşlığın əsas təməl olaraq qaldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Avstraliya hökuməti fevral ayında AUKUS müqaviləsi çərçivəsində nüvə dənizaltılarının istehsalı üçün gəmiqayırma zavodu inşasına 2,7 milyard dollar xərcləyəcəyini də bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu