Avstraliyada xarici vətəndaşlar orduya qoşula biləcək


Avstraliya əsgər sayını artırmaq üçün xarici vətəndaşların da orduya cəlb ediləcəyini açıqlayıb.



Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün addımlar atıldığını bəyan edib.

Ölkənin dünya ilə ticarəti səbəbiylə xarici orduların təzyiqlərinə açıq olduğunu ifadə edən Marles xarici ölkə vətəndaşlarının da orduya qatılmasına icazə veriləcəyini açıqlayıb.

Tam zamanlı personal sayının 63 min 600-ə çatdırılmasının hədəfləndiyini ifadə edən Marles hökumətin 2040-cı ilə qədər bu rəqəmi 80 minə çatdırmağı planlaşdırdığını açıqlayıb.

Marles qeyd edib ki, orduya qəbul yalnız ABŞ, İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiyanın “Beş Göz (Five Eyes)” kimi tanınan kəşfiyyat alyansı və Avstraliyada yaşayış icazəsi olan şəxslərlə məhdudlaşır.

Avstraliyada yaşayan Yeni Zelandiyalılar iyul ayından;,ABŞ, Böyük Britaniya və Kanadalılar isə 2025-ci ilin yanvarından orduya qoşula biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu