Tramp: Atəşkəsi uzadacağam



ABŞ Prezidenti Donald Tramp Pakistanın da tələbi ilə İran tərəfi sazişlə bağlı təkliflərini təqdim edənədək atəşkəsi uzatmaq qərarına gəldiyini bəyan edib.

AFN.az xəbər verir ki, İranla danışıqlar prosesində qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda Tramp özünün "Truth Social" hesabından mühüm açıqlama yayıb. İran rəhbərliyinin daxildə parçalanmış vəziyyətdə olduğunu iddia edən Tramp, Pakistanın da atəşkəslə bağlı xahişini nəzərə alaraq bugün başa çatacaq müvəqqəti atəşkəs rejimini uzatdığını bildirib.

ABŞ Prezidenti öz açıqlamasında qeyd edib ki, İran rəhbərliyində ciddi fikir ayrılıqlarının olması faktı və Pakistan tərəfindən marşal Asim Münir ilə Baş nazir Şahbaz Şərifin müraciəti əsasında, qarşı tərəfin rəhbərləri və nümayəndələri ortaq bir təklif irəli sürənə qədər İrana qarşı hücumların dayandırılması istənilib.

Bu səbəbdən ordusuna blokadanı davam etdirmək və hər cəhətdən hazır vəziyyətdə qalmaq barədə göstəriş verdiyini deyən Tramp, İranın təklifi təqdim edilənə və danışıqlar müəyyən bir nəticəyə çatana qədər atəşkəsi qüvvədə saxlayacağını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu