Mark Rutte ASELSAN-ı ziyarət edib



NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfəri çərçivəsində ASELSAN-ı ziyarət edib.

AFN.az xəbər verir ki, Müdafiə Sənayesi Başçısı Haluk Görgün və ASELSAN-ın Baş direktoru Əhməd Akyolun müşayiət etdiyi Rutte müəssisənin mühəndisləri ilə görüşüb və həyata keçirilən layihələr barədə rəsmilərdən ətraflı məlumat alıb.

Gölbaşı Texnologiya Bazasında yerləşən "Polad Qübbə" Tədbir Mərkəzində mühəndislər qarşısında çıxış edən Rutte Türkiyənin müdafiə sənayesi potensialı ilə yaxından tanış olub.

Görüşdən sonra mətbuata açıqlama verən Haluk Görgün bildirib ki, Baş katibə Türkiyənin müdafiə sənayesi infrastrukturu və son illərdə qət etdiyi yol barədə məlumat verilib. Görgünün sözlərinə görə, Rutte Türkiyədəki bu inkişaf səviyyəsini, tətbiq olunan çevik yanaşmanı və istehsal gücünü yüksək qiymətləndirib və bu təcrübəni digər NATO müttəfiqləri arasında da dilə gətirəcəyini vurğulayıb.

Türkiyənin müdafiə texnologiyalarından təsirləndiyini gizlətməyən Baş katib rəsmi Ankaradan NATO-nun ümumi təhlükəsizliyinə daha böyük töhfələr və təcrübə paylaşımı gözlədiyini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu