Ağ Ev: Prezident Trampın İrana bir neçə gün vaxt verdiyi iddiası doğru deyil
Ağ Evin mətbuat katibi Karoline Leavitt ABŞ Prezidenti Donald Trampın saziş təklifi ilə bağlı İrana bir neçə gün vaxt verdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
AFN.az xəbər verir ki, Amerikanın "Fox News" kanalına açıqlama verən sözçü bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Trampın Tehranın təklifini təqdim etməsi üçün hər hansı qəti son müddət təyin etmədiyini vurğulayıb. O, bu məsələdə son qərarın və zaman çərçivəsinin məhz ABŞ Prezidenti tərəfindən müəyyən ediləcəyini qeyd edib.
Leavitt ABŞ və İsrail mediasında yer alan "3-5 günlük möhlət" xəbərlərini təkzib edərək bildirib ki, Tramp bu prosesdə qərar verən yeganə şəxsdir və o, özü adından hər hansı vaxt məhdudiyyəti qoymayacaq. Ağ Ev rəsmisi həmçinin Trampın İrana müəyyən zaman tanıdığını, lakin bunun qarşılığında Tehrandan vahid və bütöv bir təklif gözlədiklərini ifadə edib.
Sözçü əlavə edib ki, ABŞ Prezidenti İranla bağlı qırmızı cizgilərini aydın şəkildə ortaya qoyub və proses onun nəzarəti altındadır.
