CNN: Trampın bəyanatlarının bir hissəsi həqiqəti əks etdirmir



Amerikanın CNN telekanalı ABŞ Prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konfransında ABŞ/İsrail-İran müharibəsi və xarici siyasət addımları ilə bağlı verdiyi bəyanatların bir hissəsinin səhv və həqiqəti əks etdirməyən məlumatlardan ibarət olduğunu iddia edib.

AFN.az xəbər verir ki, CNN-in fakt yoxlama xidməti tərəfindən hazırlanan hesabatda Trampın İran gündəmi və xarici siyasət fəaliyyətinə dair Ağ Evdəki çıxışı zamanı əvvəllər təkzib olunmuş bəzi iddiaları yenidən təkrarladığı irəli sürülüb.

Bu çərçivədə Trampın ABŞ/İsrail-İran müharibəsində itirilən ABŞ təyyarələrinin əksəriyyətinin "dost atəşi" nəticəsində vurulması ilə bağlı açıqlamasının doğru olmadığı, bir neçə təyyarənin, o cümlədən "F-15" və "A-10" tipli aparatların birbaşa İran tərəfindən vurulduğu bildirilib. Xəbərdə həmçinin Trampın 2000-ci ildə çap olunan "Layiq olduğumuz Amerika" adlı kitabında "Əl-Qaidə" terror təşkilatının rəhbəri Üsamə bin Ladenin öldürülməsi ilə bağlı çağırış etməsi iddiasının da reallığa uyğun gəlmədiyi, kitabda bin Ladendən sadəcə ötəri bəhs edildiyi vurğulanıb.

Bundan əlavə, prezidentin "8 müharibəni dayandırdığı" barədə ifadəsinin də həqiqəti əks etdirmədiyi, qeyd olunan münaqişələrin bəzilərinin ya müharibə xarakteri daşımadığı, ya da hələ də sona çatmadığı qeyd edilib. Digər tərəfdən, Trampın Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-a çox sayda məhbus göndərdiyi barədə iddiasının da heç bir sübutla təsdiqlənmədiyi hesabatda öz əksini tapıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu